AZ

“Qarabağ” iki qolla “Turan”a “həyatı başa saldı” - VİDEO

“Qarabağ” Premyer Liqanın VIII turunda “Turan Tovuz”u məğlub edib.

Sportinfo.az xəbər verir ki, “Azərsun Arena”da baş tutan qarşılaşma Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə nəticələnib.

“Turan Tovuz”dan Alexandro Serrano 40-cı dəqiqədə penaltidən fərqlənib.

“Qarabağ”ın qollarını isə Nəriman Axundzadə (55-ci dəqiqə) və Abdullah Zubir (63-cü dəqiqə) rəqib qapısından keçiriblər.

Bu nəticədən sonra xallarının sayını 16-ya çatdıran Qurban Qurbanovun baş məşqçisi olduğu komanda turnir cədvəlinin ilk pilləsinə yüksəlib. “Turan Tovuz” isə 15 xalla ikincidir.

Seçilən
34
9
sportinfo.az

10Mənbələr