AZ

Türkiyədə əyləncə mərkəzində divarın uçması nəticəsində 6 nəfər yaralanıb

Türkiyənin İzmir vilayətində əyləncə mərkəzinin dekorativ divarı naməlum səbəbdən qonaqların üzərinə uçub.

APA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bornova rayonundakı əyləncə mərkəzində dekorativ divarın uçması nəticəsində altı nəfər həmin divarın altında qalaraq xəsarət alıb.

Məlumat alındıqdan sonra hadisə yerinə təcili tibbi yardım və xilasetmə qrupları cəlb olunub.

Yaralıların vəziyyətinin yaxşı olduğu və hadisə ilə bağlı araşdırma aparıldığı bildirilir.

Seçilən
70
3
apa.az

6Mənbələr