AZ

Tramp: Çinlə yaxşı razılaşma əldə edə bilərik

Banco.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ prezidenti Donald Tramp Ağ Evdə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşü zamanı mətbuatın suallarını cavablandırıb.

Banco.az xəbər verir ki, Çinlə ticarət danışıqları ilə bağlı suala Tramp deyib ki, çox yaxşı gedirik. Çinlə yaxşı anlaşırıq.

Tramp bir neçə həftə sonra Cənubi Koreyada Çin prezidenti Xi Jinping ilə görüşəcəyini bildirib:

 "Görünür, işlər irəliləyir. Onlar görüşmək istəyirlər, biz də görüşmək istəyirik.

İllərdir Çin tərəfindən sui-istifadə olunduqlarını deyən Tramp, ABŞ-ın Çinə hər il yüz milyardlarla dollar itirdiyini və bu ölkənin tariflər sayəsində hazırda güclü mövqedə olduğunu qeyd edib.

Xi ilə ticarət razılaşması əldə etmək ümidinin olub-olmaması ilə bağlı suala Tramp “Bəlkə də” cavabını verib.

“Düşünürəm ki, biz hər iki tərəf üçün yaxşı olacaq bir razılaşma əldə edəcəyik”, – ABŞ prezidenti Tramp bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
banco.az

4Mənbələr