AZ

Türkiyədə əyləncə mərkəzində divar çökdü -Yaralılar var

Türkiyədə - İzmirin Bornova rayonunda yerləşən əyləncə mərkəzində dekorativ divarın qəfil uçması nəticəsində 6 nəfər xəsarət alıb.

Redaktor.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Kazımdirik məhəlləsində baş verib.

Şahidlərin verdiyi məlumata görə, dekor divar qəfildən müştərilərin üzərinə aşıb və bu, məkanda çaxnaşmaya səbəb olub.

İlkin olaraq təcili tibbi yardım və polis hadisə yerinə göndərilib. Yaralılar dərhal Ege Universiteti Xəstəxanasına aparılıb, onlara orada tibbi yardım göstərilib. Xəstəxana rəsmilərinin bildirdiyinə görə, yaralıların vəziyyəti yaxşıdır və onların həyatı üçün təhlükə yoxdur.

Hadisə ilə bağlı polis araşdırma aparır.

Seçilən
12
2
redaktor.az

3Mənbələr