AZ

Prezident İlham Əliyev: Qazaxıstanın Azərbaycan ilə münasibətləri qardaşlıq və etimad nümunəsidir (MÜSAHİBƏ)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanadövlət səfəri ərəfəsində “Kazinform”a eksklüziv müsahibəsində ikiölkə arasında siyasi dialoqun yüksək səviyyəsindən, nəqliyyat,logistika, neft-qaz sahələrində əməkdaşlığın sürətli inkişafından,həmçinin yaşıl enerji sahəsində birgə işin perspektivlərindən vəTürk Dövlətləri Təşkilatı çərçivəsində təşəbbüslərdən bəhsedib.

Trend müsahibəni təqdimedir.

-Hörmətli cənab Prezident, ən yaxın vaxtda Sizin QazaxıstanRespublikasına dövlət səfəriniz gözlənilir. Azərbaycan iləQazaxıstan arasında siyasi münasibətlərin hazırkı səviyyəsini necəxarakterizə edərdiniz və qarşıdakı səfərdən gözləntiləriniz nədənibarətdir?

-Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr hazırdayüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə xarakterizəolunur. Ötən onilliklər ərzində xalqlarımız arasında tarixiqardaşlığa, dostluğa və qarşılıqlı dəstəyə, ortaq türk kimliyininmöhkəm təməlinə, oxşar mədəni ənənələrə və mənəvi dəyərlərəəsaslanaraq, biz həqiqi strateji tərəfdaşlıq və müttəfiqlikmünasibətləri qurmuşuq.

Sözsüz ki, ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə töhfə verənmühüm amil ən yüksək səviyyədə aparılan və dövlətlərarasıəlaqələrin bütün səviyyələrdə hərtərəfli dərinləşməsinə təkan verənfəal və konstruktiv dialoqdur.

Bu, son üç ildə mənim qardaş ölkəyə yeddinci səfərimdir.Qazaxıstana hər səfərimdə dinamik inkişafı, yeni uğurları müşahidəetmək mənim üçün xoşdur. Bu nailiyyətlər Prezident Kasım-JomartTokayevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və düşünülmüşdövlət siyasətindən xəbər verir. Ölkənin modernləşdirilməsinə vəiqtisadiyyatın şaxələndirilməsinə yönəlmiş islahatların uğurlahəyata keçirilməsi xüsusi təsir bağışlayır. Bu uğurlar münasibətiləbütün qardaş Qazaxıstan xalqını təbrik etmək istərdim. Həmin müddətərzində Prezident Kasım-Jomart Kemeleviç Tokayev Azərbaycana altıdəfə səfər edib. Bütün bunlar ölkələrimiz arasında hərtərəflitərəfdaşlıq və qarşılıqlı strateji fəaliyyətin inkişafına müştərəksəylərimizi nümayiş etdirir. Bundan əlavə, müntəzəm təmaslar bizəgündəlikdə duran aktual məsələləri operativ şəkildə həll etməyə vəəməkdaşlığın əsas istiqamətləri üzrə razılaşdırılmış mövqelərimüəyyənləşdirməyə imkan verir.

Fürsətdən istifadə edərək, işğaldan azad edilmiş Füzulişəhərində Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzinin tikintisinəgörə qardaş Qazaxıstana bir daha minnətdarlığımı bildirməkistəyirəm. Bu Mərkəz mühüm mədəni-maarif müəssisəsinə çevrilib,hazırda orada 100-ə yaxın uşaq təhsil alır.

Biz ötən illər ərzində möhkəm hüquq-müqavilə bazası - təqribən170 sənəd işləyib hazırlamışıq, siyasi, iqtisadi-ticari,investisiya, mədəni-humanitar və digər sahələrdə səmərəliəməkdaşlıq mexanizmləri yaratmışıq. Bu il 20 illiyini qeydetdiyimiz Azərbaycan ilə Qazaxıstan arasında strateji tərəfdaşlıqvə müttəfiqlik münasibətləri haqqında Müqavilənin əhəmiyyətinixüsusi qeyd etmək istərdim. Bu sənəd Azərbaycan-Qazaxıstanəməkdaşlığının müxtəlif sektorlarda inkişafının etibarlı təməliniqoyub və ötən illər ərzində ölkələrimiz arasında bütün sahələrdəəməkdaşlıq əhəmiyyətli dərəcədə genişlənib.

Həmçinin ilk iclası Qazaxıstan Prezidentinin ötən il Azərbaycanadövlət səfəri zamanı keçirilən Ali Dövlətlərarası Şuranınəhəmiyyətini qeyd etmək lazımdır. Astanada keçiriləcək ikinciiclasda qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri vəAzərbaycan-Qazaxıstan münasibətlərinin yeni səviyyəyə qaldırılmasıistiqamətində atılacaq addımlar müzakirə olunacaq.

Azərbaycan və Qazaxıstan, həmçinin çoxtərəfli formatlarda,xüsusilə beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, TürkDövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, AsiyadaQarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi və digərləriçərçivəsində də səmərəli əməkdaşlıq edir. Ölkələrimiz beynəlxalqarenada bir-birini dəstəkləyir, bir çox məsələlərdə ortaq mövqeyibölüşür.

-Son illər Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi-ticariəməkdaşlıq necə inkişaf edir?

-Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi-ticari əməkdaşlığınspektri çox genişdir. İqtisadi-ticari qarşılıqlı fəaliyyətindavamlı artımını məmnunluqla qeyd edirik. Hər iki ölkə ardıcılolaraq birgə təşəbbüslər həyata keçirir, iqtisadiyyatın müxtəlifsektorlarında əməkdaşlığı genişləndirir. Bu proses məqsədyönlüdövlət siyasəti, biznes icmalarının nümayəndələri arasında fəaldialoq, qarşılıqlı faydalı və tərəfdaşlıq münasibətlərinininkişafına ümumi sadiqlik sayəsində mümkün olub.

Bu günə qədər ölkədə Qazaxıstan kapitalı ilə 250-yə yaxınkommersiya strukturu qeydə alınıb. Bu, investisiya mühitinə yüksəketimadı təsdiq edir və iqtisadi qarşılıqlı fəaliyyətin daha dagenişləndirilməsi üçün möhkəm zəmin yaradır.

Qarşılıqlı ticarətdə də müsbət dinamika özünü aydın şəkildəgöstərir. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi470 milyon dollar təşkil edib. 2025-ci ilin yanvar-avqust aylarındaisə ötən ilin müvafiq dövrü ilə müqayisədə üç dəfə çox olmaqla, 547milyon dollara çatıb. Bu artım Orta Dəhlizin potensialındansəmərəli istifadə, nəqliyyat və logistika infrastrukturununsistemli modernləşdirilməsi ilə bağlıdır.

Bununla yanaşı, Azərbaycan ilə Qazaxıstan arasında investisiyaəməkdaşlığı möhkəmlənir: Azərbaycanın Qazaxıstan iqtisadiyyatınainvestisiyası 225 milyon dollara, Qazaxıstanın isə Azərbaycanasərmayəsi 136 milyon dollara çatıb. Bu göstəricilər tərəflərinuzunmüddətli tərəfdaşlığa və davamlı inkişafa qarşılıqlı marağınınümayiş etdirir.

-Azərbaycan ilə Qazaxıstan arasında nəqliyyat-logistika vəneft-qaz sektorlarında, həmçinin yaşıl enerji sahəsindəəməkdaşlığın səviyyəsini necə qiymətləndirirsiniz? Orta Dəhlizinhər iki ölkə üçün əhəmiyyəti nədən ibarətdir? Aktau və Ələtlimanları vasitəsilə daşımaların səmərəliliyini artırmaq üçün hansıaddımlar atılır?

-Azərbaycan ilə Qazaxıstan arasında nəqliyyat-logistikaəməkdaşlığı iqtisadi artım və regional bazarların inteqrasiyasıüçün yeni imkanlar açan strateji əhəmiyyətli istiqamətdir.İnfrastrukturun davamlı inkişafı, tarif və logistikaüstünlüklərinin genişləndirilməsi daşımaların həcminin artırılmasıvə ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi üçün əlverişlişərait yaradır.

Hazırda bu qarşılıqlı fəaliyyət sahəsi əhəmiyyətli tərəqqinümayiş etdirir. 2024-cü ildə Azərbaycan ilə Qazaxıstan arasındatranzit daşımaları əvvəlki dövrlə müqayisədə 20 faiz artaraq 3,5milyon tondan çox olub. Orta Dəhliz ölkələr arasında davamlı vəsəmərəli əlaqələrin təmin edilməsində əsas rol oynayır.

2022-ci ildə Aktauda Türkiyə, Azərbaycan və Qazaxıstanərazilərindən keçən Orta Dəhlizin inkişafı və istismarı üzrə“2022–2027-ci illər üçün Yol Xəritəsi” imzalanıb. Sənəd üç ölkəninnəqliyyat-logistika infrastrukturunun sinxron inkişafını,əməliyyatların optimallaşdırılmasını, əlavə yük axınının cəlbedilməsini, vahid tarif siyasətinin həyata keçirilməsini, logistikamərkəzləri şəbəkəsinin inkişafını və digər əsas məsələlərin həllininəzərdə tutur.

İnfrastruktur sahəsində əhəmiyyətli layihələrdən biri Qazaxıstanilə Azərbaycan arasında Xəzər dənizinin dibi ilə sualtı fiber-optikkommunikasiya xətlərinin tikintisidir. Tikinti müqaviləsi 2025-ciilin martında Bakıda imzalanıb və işlərin tamamlanması 2026-cı ilinsonuna planlaşdırılır ki, bu da rəqəmsal inteqrasiyanıgücləndirəcək.

Neft-qaz sektorunda SOCAR və “KazMunayQaz” Milli Şirkətiarasında Aktau-Ceyhan marşrutu üzrə ildə 1,5 milyon ton Qazaxıstanneftinin tranziti ilə bağlı baş saziş imzalanıb. 2024-cü ildətranzit həcmlərinin mərhələli şəkildə artırılması və tariflərinaşağı salınması haqqında saziş imzalanıb.

Aktau və Ələt limanları vasitəsilə daşımaların səmərəliliyiniartırmaq üçün infrastrukturun modernləşdirilməsi, qatarların və s.yenilənməsi üzrə həyata keçirilən tədbirlər Orta Dəhlizin Avropailə Asiya arasında əsas tranzit marşrutu kimi mövqeyininmöhkəmlənməsinə imkan verəcək.

Gəmiqayırma sahəsində tərəfdaşlıq da sənaye əməkdaşlığının mühümistiqamətidir.

Yaşıl energetikanın inkişafı ikitərəfli gündəlikdə mühüm yertutur. 2024-cü ildə Azərbaycan, Qazaxıstan və Özbəkistan enerjisistemlərinin birləşdirilməsinə və bərpaolunan enerji mənbələrinintəşviqinə yönəlmiş bir sıra strateji sazişlər və memorandumlarimzalayıb. Bu təşəbbüslər ölkələrin davamlı inkişafa və ekolojicəhətdən təmiz texnologiyalara keçidə birgə sadiqliyini əksetdirir.

-Azərbaycan ilə Qazaxıstan arasında əlaqələrin möhkəmlənməsindəTürk Dövlətləri Təşkilatının rolunu necə qiymətləndirirsiniz?

-Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycan ilə Qazaxıstanarasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində aparıcı rolamalikdir, siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əlaqələringenişləndirilməsi və humanitar əməkdaşlığın inkişafı üçünhərəkətverici platforma rolunu oynayır.

2009-cu ildə qədim Azərbaycan torpağı Naxçıvanda yaradılan TürkDövlətləri Təşkilatı türk xalqları və ölkələri arasındaəməkdaşlığın və həmrəyliyin möhkəmlənməsinə mühüm töhfələr verib.Keçən il Şuşada ilk qeyri-rəsmi Zirvə Görüşü, bu yaxınlarda isəQəbələdə TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşükeçirilib. Bu yüksəksəviyyəli görüşlərdə ölkələrimiz arasındatəşkilat çərçivəsində əməkdaşlığın əsas məsələləri səmərəli şəkildəmüzakirə edilib, Türk Dövlətləri Təşkilatının möhkəmlənməsinə, Türkdünyasının daha sıx birliyinə, onun siyasi, iqtisadi və hərbigücünün artırılmasına, qlobal arenada güc mərkəzinə çevrilməsinətöhfə verən bəyannamələr imzalanıb.

TDT çərçivəsində ölkələrimiz arasında mədəniyyət, humanitar vətəhsil sahələrində əməkdaşlıq sistemli və ardıcıl xarakter daşıyır.Birgə təşəbbüslər festivalların, sərgilərin, ədəbi gecələrin vəkonfransların təşkilindən tutmuş elm və təhsil müəssisələriarasında fəal əməkdaşlığa qədər geniş istiqamətləri əhatə edir.

Türk Dövlətləri Təşkilatı çərçivəsində tədqiqatlarınaparılmasında, elm və təhsil əlaqələrinin möhkəmləndirilməsindəmühüm rol oynayan Beynəlxalq Türk Akademiyası uğurla fəaliyyətgöstərir. Biz TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, TürkDövlətləri Parlament Assambleyası (TÜRKPA) və digər beynəlxalqtəşkilatlar çərçivəsində də sıx əməkdaşlıq edirik. Bu, Azərbaycanilə Qazaxıstan arasında etimadın yüksək səviyyəsinin daha birgöstəricisidir.

1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayıntarixi əhəmiyyətini ayrıca qeyd etmək istərdim. Bu hadisə türkelminin, mədəniyyətinin, birliyinin inkişafında mühüm mərhələ oldu.Gələn il bu əlamətdar Forumun keçirilməsinin 100 illiyi tamam olurvə Birinci Türkoloji Qurultayın ildönümünün TDT çərçivəsindətəntənəli şəkildə qeyd edilməsi planlaşdırılır.

-Ölkələrimiz mədəni-humanitar sahədə nə dərəcədə sıx əməkdaşlıqedir?

-Əvvəl dediyim kimi, xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət,din, ortaq dəyərlər birləşdirir. Mədəni əlaqələrin inkişafıxalqlarımızın bir-birinə daha da yaxınlaşmasında, qardaşlıqəlaqələrinin möhkəmlənməsində mühüm rol oynayır.

2023-cü ildə Azərbaycanda Qazaxıstan, 2024-cü ildə isəQazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri keçirilib. Belətədbirlər xalqlarımız arasında yaradıcılıq əlaqələrinin dinamikinkişafını əks etdirir və iki ölkənin mədəni ənənələrininqarşılıqlı zənginləşməsinə töhfə verir.

Qazax ədəbiyyatının inkişafında mühüm xidmətləri olan əngörkəmli simalardan biri Kemel Tokayevin “Gecə açılan atəş” adlıpovestlər toplusunun Azərbaycan dilində nəşrini məmnunluqla qeydetmək istərdim.

Həmçinin 2023-cü ildə Bakıda Kemel Tokayevin 100, Mir CəlalPaşayevin 115 illik yubileylərinə həsr olunmuş beynəlxalq konfranskeçirilib.

-Xəzər dənizinin dayazlaşması problemi getdikcə daha çoxaktuallaşır. Azərbaycan və Qazaxıstan bu məsələdə özfəaliyyətlərini necə əlaqələndirir?

-Təəssüf ki, bu gün Xəzər dənizi bir sıra ciddi ekolojiproblemlərlə üz-üzədir. Ən aktual məsələlərdən biri dayazlaşma -həm ekoloji, həm də iqtisadi təhlükələr yaradan suyun səviyyəsininsürətlə azalmasıdır. 2022-ci ildə keçirilən VI Xəzər ZirvəGörüşündə mən Xəzər dənizində ekoloji tarazlığın pozulmasıməsələsini qaldırdım. Təəssüf ki, o vaxtdan bəri vəziyyət ancaqpisləşib. Xəzərdə suyun səviyyəsi sürətlə aşağı düşür və bununsəbəbləri təkcə iqlim dəyişikliyi ilə bağlı deyil.

Yaranmış şəraitdə bütün Xəzəryanı ölkələr arasında sıxəməkdaşlıq qurmaq, fəal elmi informasiya mübadiləsi aparmaq vənəticələrin yumşaldılması üçün əlaqələndirilmiş tədbirlər işləyibhazırlamaq çox vacibdir.

Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi və bununla bağlıekoloji dəyişikliklər biomüxtəlifliyi və ekosistemindayanıqlılığını təhdid edir ki, bu, təbiətin mühafizəsi və ekolojitarazlığın bərpası üçün əlaqələndirilmiş tədbirlərin görülməsizərurəti yaradır.

Bundan başqa, Azərbaycan, Qazaxıstan və digər Xəzəryanı ölkələrregional və beynəlxalq platformalarda Xəzərin mühafizəsitəşəbbüslərini fəal şəkildə irəli sürə bilərlər və bunuetməlidirlər. Artan transmilli ekoloji risklər şəraitində Xəzərdənizi, sadəcə, su hövzəsi deyil, bizim ortaq məsuliyyətimizin vəbirgə fəaliyyətimizin zəruriliyinin rəmzinə çevrilir.

Seçilən
95
49
az.trend.az

5Mənbələr