Başqırdıstanın Sterlitamak şəhərindəki “Avanqard” müəssisəsində baş verən partlayış nəticəsində 3 nəfər həlak olub, 9 nəfər yaralanıb.
Publika.az regional hakimiyyət orqanlarına istinadla xəbər verir ki, Başqırdıstanın Baş naziri Andrey Nazarov partlayış nəticəsində daha 5 nəfərin isə xəstəxanaya yerləşdirildiyini bildirib.
O, binanın bir hissəsinin zədələndiyini, lakin artıq uçmaq təhlükəsinin olmadığını, müəssisənin normal rejimdə fəaliyyətini davam etdirəcəyini qeyd edib. Hadisənin səbəbləri araşdırılır.