AZ

Azərbaycanda 9 ayda mənzil tikintisinə 2 milyard manatdan çox yatırım edilib

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitalayönəldilmiş investisiyalardan tikinti sektoruna 3,202 milyard manatsərf olunub.

Trend bubarədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Bildirilib ki, bu göstərici 2024-cü ilin eyni dövründəkigöstərici ilə müqayisədə 7,4% çoxdur.

Sözügedən sahə üzrə əsas kapitala yönəldilmiş investisiyalarınyekunda xüsusi çəkisi 24,5%-ə bərabər olub.

Hesabat dövründə tikinti sektoruna yatırılmış investisiyanın2,102 milyard manatı mənzil tikintisinə yönəldilib ki, bu da2024-cü ilin ilk doqquz ayındakı göstəriciyə nəzərən 24,2% artımdeməkdir.

Dövr ərzində mənzil tikintisi üzrə əsas kapitala yönəldilmişinvestisiyaların yekunda xüsusi çəkisi 16,1%-ə bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında ölkəniniqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyəmənbələrindən əsas kapitala 13,048 milyard manat və ya 2024-cü ilinmüvafiq dövrü ilə müqayisədə 1% çox investisiya yönəldilib.Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 11,5% azalıb,qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 7%artıb.

Ümumi sərmayənin 6,648 milyard manatı və ya 51%-i məhsulistehsalı sahələrinin, 4,298 milyard manatı (32,9%-i) xidmətsahələrinin, 2,102 milyard manatı (16,1%-i) isə yaşayış evlərinintikintisinin payına düşüb.

Seçilən
405
2
az.trend.az

2Mənbələr