AZ

“Qarabağ”ın ulduzu DÇ 2026 nın final mərhələsinə vəsiqə qazanan millidən imtina etdi?

Milli.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Qarabağ"ın yarımmüdafiəçisi Leandro Andradenin DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanan Kabo-Verde millisindən imtina etdiyi deyilir.

Milli.Az xəbər verir ki, futbolçu özü ötən gün "Turan-Tovuz"a 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra bu barədə suala belə cavab verib:

"Bu məsələ barədə düşünməmişəm. Ona görə də hər hansı şərh vermək istəmirəm".

Qeyd edək ki, Leandro Andrade DÇ-2026-nın seçmə mərhələsi oyunları üçün Kabo-Verde millisinə dəvət almayıb. 

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
5
news.milli.az

6Mənbələr