Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidenti Donald Trampla görüşmək üçün Macarıstana getməsi bir sıra çətinliklərlə müşayiət oluna bilər.
Aznews.az xəbər verir ki, bu barədə “Sky News“ məlumat yayıb.
Bildirilib ki, Macarıstan coğrafi və siyasi baxımdan bu cür görüş üçün əlverişli yer hesab olunsa da, Putinin oraya səfəri təhlükəli ola bilər.
“Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) orderinə əsasən, Putin Macarıstana daxil olan kimi həbs olunmalıdır. Macarıstan BCM-in üzvü olsa da, rəsmi Budapeşt bu qurumu “siyasi məhkəmə” adlandıraraq ordan çıxma prosesinə başlayıb.