AZ

Tovuzda 70 yaşlı qadını maşın vurdu

Tovuzda qadın yol qəzasında xəsarət alıb.

Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə rayonun mərkəzi küçələrinin birində baş verib. Hərəkətdə olan "Volkswagen" markalı avtomobil rayon sakini 1955-ci il təvəllüdlü Ziba Ağayevanı vurub.

Qadın təcili tibbi yardım briqadası tərəfindən Tovuz rayon mərkəzi xəstəxanasına çatdırılıb. Xəstəxanadan bildirilib ki, Ziba Ağayevanın vəziyyəti qənaətbəxşdir.

Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
12
15
avtosfer.az

10Mənbələr