AZ

Tovuzda 70 yaşlı qadını avtomobil vurub

Tovuzda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Tovuz şəhər Elməddin Nəsibov küçəsində qeydə alınıb. Belə ki, "Volkswagen" markalı avtomobil rayon sakini 1955-ci il təvəllüdlü Ziba Ağayevanı vurub. Yaralı Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan bildirilib ki, Z. Ağayevanın vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.

AZƏRTAC

Seçilən
13
11
ikisahil.az

10Mənbələr