AZ

“Utro Dağıstan” Teleqram kanalının yaradıcısı Abakar Abakarov İstanbulda ölü tapılıb

ain.az bildirir, Apa.az saytına əsaslanaraq.

“Utro Dağıstan” Teleqram kanalının yaradıcısı Abakar Abakarov İstanbulda ölü tapılıb.

APA-nın Rusiya bürosu yerli KİV-ə istinadən xəbər verir ki, onun çoxsaylı bıçaq xəsarətləri olan meyiti kirayə götürdüyü villada aşkar edilib.

Qətldə jurnalistlə evdə olan şəxs şübhəli bilinir.

Qeyd edək ki, Abakarov 2023-cü ilin noyabrında Rusiyada federal axtarışa verilib. İstintaqın fikrincə, həmin ilin oktyabrında Mahaçqala hava limanında kütləvi iğtişaşların koordinasiyası üçün “Utro Dağıstan” Teleqram kanalından istifadə edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
62
6
apa.az

7Mənbələr