Bakı. Trend:
Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin bir qrup zabitvə miçman heyəti Türkiyə Respublikasının İzmir şəhərində yerləşənFoça limanının Saruca Paşa Təlim Komandanlığında təşkil olunan“Yanğınla mübarizə” ixtisasartırma kursunda iştirak edib.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın təhlükəsizliyisahəsində nəzəri biliklərini və praktiki vərdişlərini artıran hərbiqulluqçularımız yanğınların yaranma səbəbləri, yayılmamexanizmləri, profilaktik tədbirlər və effektiv söndürülməstrategiyaları üzrə müasir yanaşmaları mənimsəyib, müxtəlif növyanğınların idarə olunması və söndürülməsi proseslərini yerinəyetiriblər.
Real şəraitdə tətbiq olunan operativ müdaxilə metodları,təhlükəsizlik protokolları və texniki vasitələrin istifadəsi üzrəbacarıqlarını təkmilləşdirən hərbi qulluqçularımız qarşıya qoyulantapşırıqların öhdəsindən layiqincə gəliblər.