AZ

Xəstəxanaya yerləşdirilən vəzifəli şəxsdən XƏBƏR VAR

Füzuli Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin səhhəti stabil olaraq qalır.

 

Pravda.az bildirir ki, bu barədə Teleqraf-a onun oğlu Səbuhi Vaqifoğlu məlumat verib.

 

Səbuhi Vaqifoğlu qeyd edib ki, atasının müalicəsi xəstəxananın Reanimasiya şöbəsində davam edir.

 

Vaqif Vəliyev sentyabrın 26-da ağır sepsis, septik şok, ağciyərlərin hər ikisində pnevmoniya diaqnozu ilə xəstəxanaya daxil olub.

 

Sentyabrın 29-da süni tənəffüs aparatına qoşulub, oktyabrın 7-də aparatdan ayrılıb.

Tarix: 18 Oktyabr 2025, 19:30   
Seçilən
45
4
pravda.az

5Mənbələr