AZ

Həşimov: “Asan təslim olmayacağıq”

ain.az, futbolpress-az portalına istinadən məlumat verir.

Azərbaycan Premyer Liqasının VIII turunun “Sumqayıt” – “Karvan-Yevlax” oyunundan (4:1) sonra qonaq komandanın baş məşqçisi Azər Həşimov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– İkinci hissədə standart vəziyyətlərdən qollar buraxdıq. 3-cü qoldan sonra oyun qopdu. Rəqibi təbrik edirəm. Qarşıda “Turan Tovuz”la oyun var. Çalışacağıq ki, xal və ya xallar qazanaq.

– Qarşıda “Turan Tovuz”, “Zirə” və “Araz-Naxçıvan”la oyunlar var. Nə gözləyirsiniz?

– Yeni komandayıq. Mübarizə aparacağıq, asan təslim olmayacağıq. Futbolda bəzən döyüşsən də, məğlub olursan.

– Rahat qollar buraxırsınız. Bu, nə ilə bağlıdır?

– Standart vəziyyətlərdən qollar buraxırıq. Boşluqlar olur, qollar buraxırıq.

– Yevlaxdakı stadion nə zaman hazır olacaq və sizcə, oyunları evdə keçirməmək nəticələrə təsir edir?

– Öz meydanımızda oynasaydıq, məncə, 10-11 xal qazanardıq. İnşallah, bu məsələ də həll olar.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
80
futbolpress.az

1Mənbələr