AZ

Yunanıstan etirazlarına baxmayaraq Almaniya Türkiyə ilə bağlı QƏRAR VERDİ

Almaniya hökuməti Türkiyəyə "Eurofighter Typhoon" qırıcısının satışını rəsmi olaraq təsdiqləyib.

Musavat.com xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Yohann Vadeful bildirib.

O, bu qərarı “son dərəcə təbii” hesab etdiyini vurğulayıb və əlavə edib ki, bu addım NATO-nun kollektiv müdafiəsi üçün strateji əhəmiyyət daşıyır.

Qeyd edək ki, Yunanıstan bu satışa qarşı çıxaraq narahatlığını ifadə etmişdi. Buna baxmayaraq, Berlin buna NATO üzvləri arasında hərbi əməkdaşlığın gücləndirilməsi və alyansın müdafiə qabiliyyətlərinin artırılması baxımından vacib qərar kimi baxır.

Mütəxəssislər bildirirlər ki, "Eurofighter Typhoon" qırıcısı həm havadan müdafiə, həm də hücum əməliyyatlarında yüksək effektivlik nümayiş etdirə bilən çoxfunksiyalı təyyarədir və bu satış Türkiyə Silahlı Qüvvələrinin modernləşdirilməsi istiqamətində əhəmiyyətli rol oynayacaq.

Musavat.com

Seçilən
49
14
musavat.com

10Mənbələr