AZ

Pakistan və Əfqanıstan Dohada sülh danışıqlarına başlayıb 

İki ölkə sərhəddəki toqquşmalardan sonra gərginliyi azaltmağa çalışır...

Poliqon xəbər verir ki, Pakistan və Əfqanıstan nümayəndə heyətləri Dohada bir araya gələrək sərhəd bölgəsində son günlərdə baş verən ağır toqquşmalardan sonra sülh danışıqlarına başlayıblar. Görüşdə əsas məqsəd qarşıdurmanın dayandırılması və iki ölkə arasında sabitliyin bərpasıdır.

Mənbələrin məlumatına görə, danışıqlara hər iki ölkənin müdafiə nazirləri rəhbərlik edir. Qarşılıqlı ittihamların və gərginliyin fonunda keçirilən bu görüşlərdə, tərəflər sərhəd təhlükəsizliyi, qaçaqmalçılıqla mübarizə və hərbi əməkdaşlığın bərpası kimi məsələləri müzakirə edirlər.

Reuters-in məlumatına əsasən, hələlik danışıqların nə qədər davam edəcəyi bəlli deyil. Rəsmi şəxslər bildirib ki, görüşlər şənbə gününədək uzadıla bilər. Danışıqlarda həmçinin hər iki ölkənin xüsusi xidmət orqanlarının yüksək rütbəli nümayəndələri də iştirak edir.

Poliqon.info

Seçilən
76
poliqon.info

1Mənbələr