AZ

44 günlük Vətən müharibəsinin xronikası: 19 oktyabr

Bakı. Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinincəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraqAzərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücuməməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminənotuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilənəticələndi.

Trend Vətənmüharibəsinin oktyabrın 19-na olan xronikasını təqdim edir:

- Prezident İlham Əliyev Türkiyə Böyük Millət MəclisininSədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

- Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinəvideomüsahibə verib.

- Prezident İlham Əliyev Ermənistanın humanitar atəşkəs rejiminipozaraq yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması iləbağlı "twitter"də paylaşım edib.

- Prezident İlham Əliyev Elçin Quliyevi Xudafərin körpüsündəAzərbaycan bayrağının qaldırılması münasibətilə təbrik edib.

- Prezident İlham Əliyev Cəbrayıl rayonunun bir neçə kəndlərininişğaldan azad edilməsi ilə bağlı "twitter"də paylaşım edib.

- Düşmənin döyüş texnikası və silah-sursatı məhv edilib. Ermənistanın məhv edilən hərbitexnikalarının siyahısı açıqlanıb.

- Düşmən taborunun qərargah rəisi məhv edilib.

- Ermənistan silahlı qüvvələri Tərtər rayonunu atəşə tutmasınəticəsində, ev sahibi ağır xəsarət alıb.

- İran Ermənistana məxsus PUA-nı vurub.

- Ermənistan dövlət sərhədində mövqelərimizi atəşə tutub.

- Azərbaycan Ordusu ermənilərin atıb qaçdığı daha bir neçə hərbi texnikanı ələ keçirib.

- Müdafiə Nazirliyi Cəbrayıl və Füzuli istiqamətində düşməndənələ keçirilən hərbi qənimətlərin videogörüntüsünü yayımlayıb.

Seçilən
5
az.trend.az

1Mənbələr