AZ

“Qarabağ”lı müdafiəçi “Sent-Etyen”in təklifinə necə yanaşdı?

Azərbaycan millisinin və “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev legioner həyatı yaşamağa yaxın olub.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, Ağdam klubunun aparıcı futbolçusunun yayda Fransaya yollanmaq variantı ortaya çıxıb.

Belə ki, Cəfərquliyevi “Sent-Etyen” heyətinə qatmaq istəyib. Hətta bununla bağlı “Qarabağ”a da müraciət edib.

Lakin Elvin Fransaya yollanmaq variantından imtina edib və “Qarabağ”da qalmağa üstünlük verib.

Seçilən
96
sportinfo.az

1Mənbələr