Formula 1-də mövsümün 19-cu yarışı ABŞ-da keçirilir.
Offsideplus.az xəbər verir ki, Ostin şəhərində keçirilən təsnifat yarışları bir az əvvəl başa çatıb.
Sprint yarışını qazanan Maks Ferstappen burada da hamıdan sürətli olub.
Lando Norris 2-ci, Şarl Lekler isə 3-cü olub. Çempionatın lideri Oskar Piastri 6-cı yerlə kifayətlənməli olub.
Əsas yarış sabah Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Piastrinin aktivində 336 xal var. "Maklaren"in digər pilotu Lando Norris komanda yoldaşından 22 xal geri qalır. Yavaş-yavaş M. Ferstappen isə 281 xala malikdir.
Qeyd edək ki, "Maklaren" komandası artıq "Mühəndislər Kuboku" çempionluğunu təmin edib.