AZ

Türkiyədə 14 yaşlı uşaq silahla toy salonunu qan gölünə çevirdi

BAKI, 19 oktyabr. TELEQRAF

Türkiyənin Mersin vilayətinin Tarsus rayonunda 14 yaşlı yeniyetmə atəş açaraq 5 nəfəri yaralayıb.

Teleqraf “Haber Global”a istinadən xəbər verir ki, hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma başladılıb.

Hadisə toy salonunun qarşısında baş verib. İddialara görə, H.E. adlı şəxs ilə aralarında əvvəlcədən düşmənçilik olan bir qrup arasında mübahisə yaranıb. Mübahisəni görən H.E-nin oğlu, 14 yaşlı İ.E üzərindəki tapança ilə atəş açıb.

Nəticədə 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Silahlı yeniyetmə hadisə yerindən qaçıb.

Əraziyə polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılar Tarsus Rayon Dövlət Xəstəxanasına çatdırılaraq müalicəyə alınıb. Onların vəziyyətinin yaxşı olduğu bildirilir.

Polis hadisə yerində araşdırmalara başlayıb və qaçan azyaşlı şübhəlinin tutulması üçün əməliyyat başladılıb.

Seçilən
10
teleqraf.com

1Mənbələr