ain.az xəbər verir, Sia Az saytına əsaslanaraq.
Amerikanın əfsanəvi rok qrupu "Limp Bizkit"in bas gitaristi Səm Rivers 48 yaşında vəfat edib. SİA xəbər verir ki, qrup üzvləri bu kədərli xəbəri sosial şəbəkə hesablarında paylaşıblar və Riversi “qardaş, qrupun ürəyi və musiqi sehrinin təcəssümü” kimi xarakterizə ediblər. "Limp Bizkit" qrupu 1994-cü ildə Floridada yaradılıb. Karyerası ərzində qrup üç dəfə "Grammy" mükafatına namizəd göstərilib və dünya üzrə 40 milyondan çox albom satıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.