Meksikanın Qvadalaxara şəhərində keçirilən Qran-Pri turnirində qızıl medal qazanan cüdoçumuz Hidayət Heydərov sosial şəbəkə hesabında paylaşım edib.
News24.az xəbər verir ki, olimpiya çempionu tənqidçiləri barədə yazıb.
“Dünən tənqid etdilər, bu gün alqışladılar.
Mən dəyişmədim — sadəcə tatami danışdı”, - deyə Heydərov bildirib.
Qeyd edək ki, Hidayət Heydərov Paris-2024 Yay Olimpiya Oyunlarının qızıl medal mükafatçısıdır. O, olimpiadadan sonra ilk dəfədir medal qazanır.(Teleqraf)