AZ

Trampdan etiraz aksiyası ilə bağlı qalmaqallı paylaşım

ABŞ prezidenti Donald Tramp sosial şəbəkələrdə maraqlı paylaşımı ilə gündəmə gəlib.

Publika.az xəbər verir ki, siyasətçi “Truth Social” hesabında süni intellekt vasitəsilə yaradılmış video yayıb. Görüntülərdə kral paltarı geyinərək nümayişçilərə palçıq atan Tramp əks olunub.

Kadrlarda monarx geyimində olan Amerika liderinin döyüş təyyarəsi ilə uçması da əks olunub. Qırıcı bir anda etirazçıların üzərinə külli miqdarda palçıq tökməyə başlayır.

Ağ Ev rəhbəri həmçinin vitse-prezident Ceyms Devid Vensin "Bluesky" platformasında yerləşdirdiyi videonu da yayıb.

Seçilən
120
publika.az

1Mənbələr