AZ

Daha iki cüdoçumuz Meksikada qızıl qazandı

Axar.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycanın cüdo millisi Meksikanın Qvadalaxara şəhərində keçirilən Qran-Pri turnirində növbəti medallarını qazanıb.

Axar.az xəbər verir ki, Hidayət Heydərov (73 kiloqram) və Vüsal Qələndərzadə (81 kiloqram) finalda rəqiblərini üstələyərək qızıl mükafata sahib çıxıblar.

Digər cüdoçu Rəşid Məmmədəliyev (73 kiloqram) isə bürünc medala yiyələnib.

Qeyd edək ki, daha əvvəl Azərbaycan cüdoçularından Balabəy Ağayev (60 kiloqram) və Ruslan Paşayev (66 kiloqram) turnirinin qalibi olublar. Əhməd Yusifov (60 kiloqram) isə üçüncü yeri tutub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
34
4
axar.az

5Mənbələr