AZ

“Öpüş” gecəsində "Qrafit" klubunda qalmaqallı reyd keçirildi

Rusiyanın təhlükəsizlik qüvvələri Moskvadakı "Qrafit" klubunda qalmaqallı reyd keçiriblər.

Publika.az xəbər verir ki, bu barədə "Baza" Teleqram kanalı məlumat yayıb. Qeyd edilib ki, güc strukturunun əməkdaşları klubda qanunsuz vasitələr axtarıblar.

Teleqram kanalının məlumatına görə, hüquq-mühafizə orqanları məhz məşhur “Kisskabar” “öpüş” gecəsi gününü bilərəkdən seçiblər.

Ziyarətçilərin sözlərinə görə, reyd keçirənlər yerə uzanan gənclərin bəzilərindən müəyyən idman hərəkətlərini etmələrini tələb ediblər. Ən şiddətlisi isə onların fiziki təzyiqlərlə üzü aşağı saxlanılması olub. "Təhlükəsizlik qüvvələri xüsusilə diqqəti cəlb edən qonaqları hədəfə alıblar. Məsələn, saçı rəngli olan və dəbdəbəli geyimi seçənlər. Hətta basqın zamanı bir nəfərin çəhrayı kəməri belindən çıxarılıb. Bu "kişilikdən kənar" görünürdüyü üçün edilib. Hadisələri lentə almaq qadağan olunub", - nəşr yazıb.

Seçilən
384
33
publika.az

10Mənbələr