AZ

Rusiya Ukraynada yaşayış binasını VURDU: 10 yaralı var

Rusiya hərbçiləri gecə ərzində Dnepropetrovsk vilayətinə zərbələr endirib, 10 nəfər yaralanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri vəzifəsini icra edən Vladislav Qayvanenko öz Telegram kanalında yazıb.
 

Onun sözlərinə görə, Sinelnikivski rayonunun Şaxtyorsk icmasına pilotsuz təyyarənin hücumu nəticəsində insanlar xəsarət alıb.


Bir qadının vəziyyəti ağırdır. Üç çoxmərtəbəli binada mənzillər yanıb.

Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti bildirir ki, ümumi sahəsi 350 kvadratmetrdən çox olan 8 mənzildə yanğın baş verib. Yanğın avtomobilləri də sıradan çıxarıb. Xilasedicilər təxminən 50 nəfəri təhlükəsiz ərazilərə təxliyyə ediblər.

Bizim.Media

Seçilən
12
3
bizim.media

10Mənbələr