"Bu gün saat 12 radələrində yol-nəqliyyat hadisəsi səbəbindən 6 nəfər (2-si qadın, 4-ü kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları və sınıqları diaqnozu təyin edilib. Dominos pizza
1965-ci il təvəllüdlü şəxsin (kişi) vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.
Digər 5 nəfərin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyətləri stabil olaraq qiymətləndirilir.
Telegram kanalımız