AZ

Məşhur rok qrupunun gitaraçısı qəfil vəfat etdi

Amerikalı rok qrupu “Limp Bizkit”in gitaraçısı Sem Rivers 48 yaşında vəfat edib.

Bu barədə qrup öz “Instagram” səhifəsində paylaşım edib.

“Bu gün biz qardaşımızı, qrup yoldaşımızı, ürəyimizi itirdik. Sem Rivers sadəcə, bas gitarist deyildi, o, sehrin özü idi”, – paylaşımda qeyd olunub.

Qeyd edək ki, “Limp Bizkit” qrupu 1994-cü ildə ABŞ-ın Florida ştatında yaradılıb. Qrup üç dəfə “Qremmi” mükafatına namizəd olub. “Limp Bizkit”-in dünyada 40 milyon ədəddən çox albomu satılıb.//Lent.az
Seçilən
72
12
musavat.com

10Mənbələr