“Red Bull” komandasının dördqat dünya çempionu Maks Verstappen Formula-1 tarixində ən çox poul və sprint qələbəsi qazanan sürücü olub.
90deqiqe.Az-ın məlumatına görə, 2025 mövsümünün 19-cu mərhələsi — ABŞ Qran-Prisində keçirilən yarışda 28 yaşlı pilot həm poul qazanıb, həm də sprint yarışında qalib gəlib. Bu nəticə ilə niderlandlı pilot hesabındakı göstəricilər 13 sprint qələbəsi və 10 poul olub. Beləliklə, niderlandlı pilotun sprintlər üzrə ümumi göstəricisi 23 poul və qələbəyə çatıb.
Verstappenə ən yaxın nəticə “Makaren” sürücüsü Lando Norrisə məxsusdur — o, indiyədək 3 poul və 2 qələbə qazanıb.
2021-ci ildən keçirilən sprint yarışlarının tarixində, Verstappen istisna olmaqla, poul qazanan cəmi yeddi pilot, qalib gələn isə altı sürücü olub. Digər bütün pilotların ümumi göstəricisi isə 21 nəticə (12 poul və 9 qələbə) təşkil edir.