AZ

Alkoqol xərçəngin yaranmasına səbəb olan əsas amillərdən biridir - ÜST

BAKI, TurkicWorld, Nailə Babazadə

Türkiyə 2025-cü ilin sentyabr ayında Qırğızıstana elektrik avadanlıqları ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 14,2 faiz artaraq, 42 milyon 58 min 76 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – sentyabr aylarında Türkiyədən Qırğızıstana elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 dəfə artaraq, 5 milyon 652 min 74 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz artaraq, 12 milyard 893 milyon 33 min dollara bərabər olub.

“Bu ilin sentyabr ayında Türkiyə 1 milyard 516 milyon 734 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 2,7 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2024-sentyabr 2025) Türkiyə 17 milyard 367 milyon 490 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Seçilən
89
turkic.world

1Mənbələr