AZ

Sahibə Qafarova ermənistanlı həmkarı ilə Cenevrədə görüşəcək

Azərbaycan və Ermənistan parlament sədrləri Cenevrədə görüşəcəklər.

Turkustan.az-ın xəbərinə görə, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan “Telegram”-da paylaşım edib.

Sahibə Qafarova və Alen Simonyan arasında görüş oktyabrın 21-də Parlamentlərarası İttifaqın 151-ci assambleyası çərçivəsində baş tutacaq.

Qeyd edək ki, tərəflər sonuncu dəfə 2025-ci ilin aprelində Sankt-Peterburqda görüşüblər./modern.az

Seçilən
15
19
turkustan.az

10Mənbələr