ain.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Borussiya Dortmund" və "Liverpul" klublarının keçmiş baş məşqçisi Yurgen Klopp Almaniya Futbol Liqasının (DFL) yeni ekspertlər komitəsinin tərkibinə daxil olub.
Moderator.az bu barədə "The Sun" nəşrinə istinadən xəbər verir.
Komitənin rolu alman futbolunun inkişafına, böyüməsinə və ümumi rəqabət qabiliyyətinə yönəlik səylərdən ibarət olacaq.
Bu elit qrupa Kloppdan başqa, "Real Madrid"in sabiq futbolçusu Sami Xedira və Bundesliqa klublarının bir neçə rəhbərləri də daxildir.
Bu, Kloppun bu ilin əvvəlində "Liverpul"dan ayrıldıqdan sonra futbolda ilk rəsmi işidir. O, "Red Bull"da tutduğu vəzifədə qalmağa davam edəcək.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.