AZ

Tramp Zelenskidən Putinin şərtlərini qəbul etməyi tələb edib

ABŞ prezidenti Ukraynaya xəbərdarlıq edib: Əgər razılaşma olmazsa, Putin ölkəni məhv edəcək...

Poliqon xəbər verir ki, Financial Times nəşrinin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenski ilə görüş zamanı Rusiyanın irəli sürdüyü şərtləri qəbul etməyə çağırıb. Məlumata görə, Tramp Zelenskiyə xəbərdarlıq edib ki, əgər Kiyev razılaşmadan imtina edərsə, “Putin Ukraynanı məhv edəcək”.

Nəşrin yazdığına görə, görüş zamanı Tramp Ukraynadakı cəbhə xəttini əks etdirən xəritələri bir kənara ataraq, Zelenskidən Donbas bölgəsini tam şəkildə Rusiyaya verməsini istəyib. Müzakirələr zamanı Ukrayna tərəfi ABŞ prezidentini bu tələbdən çəkindirməyə nail olub və cəbhə xəttinin “dondurulması” variantına razılıq alıb.

Lakin Financial Times qeyd edir ki, görüş Trampın mövqeyindəki qeyri-sabitliyi və Vladimir Putinin tələblərinə doğru addım atmağa meyilli olduğunu bir daha nümayiş etdirib. Nəşr əlavə edib ki, bu vəziyyət gələcək sülh danışıqlarının taleyinə və Vaşinqtonun Ukraynaya dəstəyinin davamlılığına dair ciddi suallar doğurur.

Poliqon.info

Seçilən
55
poliqon.info

1Mənbələr