AZ

Zelenski Parlamentə gəlsə, onun ayaqlarını sınıdıracam Deputat

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Ukrayna Prezidenti Volodimir Zelenski Rumıniya parlamentində çıxış edə bilməz.

Globalinfo.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin Rumıniya üzvü Diana Şoşoaça öz “Facebook” səhifəsində paylaşım edib.

Şoşoaça hədələyərək bildirib:

“Mənim parlamentimə gəlməyə cəsarət etsə, onun ayaqlarını sındıraram!”

O, həmçinin Ukrayna hakimiyyətini bir milyondan çox rumıniyalını təqib etməkdə, onların ana dillərində danışmasına və pravoslav xristianlığa etiqad etmələrinə mane olmaqda ittiham edib.

May ayında isə Şoşoaça vurğulayıb ki, Avropa liderləri təcavüzkar siyasətlərindən əl çəkməli, Brüssel isə müharibənin təbliğatçısı deyil, sülhün müdafiəçisi kimi çıxış etməlidir. Deputat əlavə edib ki, Aİ-yə üzv ölkələrin xalqı müharibə istəmir və Avropa İttifaqının zərərli xarici siyasətinə qarşıdır.

Tahir Turan

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
40
2
globalinfo.az

3Mənbələr