AZ

Zelenski: “Mövcud cəbhə xətti əsasında danışıqlara hazıram”

Ukrayna Prezidenti Volodimir Zelenski hazırkı cəbhə xətti əsasında təcili şəkildə sülh danışıqlarına başlamağa hazır olduğunu bildirib.

Teleqraf xəbər verir ki, o, bu barədə NBC telekanalına müsahibəsində danışıb.

“Əgər biz qarşıdurmanı dayandırmaq və diplomatik yolla sülh danışıqlarına başlamaq istəyiriksə, hərbi qüvvələr hansı mövqelərdə dayanıbsa, orada dayanmaq lazımdır”, - Ukrayna lideri deyib.

Zelenski əlavə edib ki, o, danışıqlara “istənilən formatda” hazırdır.
Seçilən
44
2
sherg.az

3Mənbələr