AZ

AZAL təyyarəsi Sankt-Peterburqda qəza enişi etdi

Sankt-Peterburqdan Bakıya uçan Azərbaycan Hava Yollarına məxsus  Airbus A320 təyyarəsi az sonra geri qayıtmalı olub.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, uçuşdan az sonra təyyarə heyəti təkərlərdə texniki problem yarandığı və geri qayıtmalı olduqlarına dair hava limanı dispetçerlərini məlumatlandırıb. Daha sonra təyyarədə MayDay qəza siqnalı verib.

Eyni zamanda təyyarə transponder kodunu Flightradar24-də təcili yardım koduna dəyişib.

Bir müddət Sankt-Peterburq üzərində uçaraq yanacaqdan qurtulan təyyarə saat 03.40-da qəza enişi edib. Eniş zamanı təyyarə Pulkovo hava limanında uçuş-enmə zolağından çıxıb. Sərnişinlər və ekipaj üzvlərindən xəsarət alan olmayıb. Pulkovo hava limanı insidentlə əlaqədar uçuşları dayandırsa da, sonradan fəaliyyətini bərpa edib.

Pulkovo hava limanından bildirilib ki, Sankt-Peterburqdan Bakıya yeni reys Moskva vaxtı ilə səhər saat 8:20-yə planlaşdırılıb.

 

Musavat.com

Seçilən
7
musavat.com

1Mənbələr