Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Demokrat.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 14-17° isti, gündüz 20-24° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin axşam şimal və qərb rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
10Mənbələr
-
demokrat.azHəftənin ilk iş gününün HAVASI ( 22563424)
-
news24.azİstirahət gününün havası ( 22528459)
-
yeniavaz.comİstirahət günü hava necə olacaq? ( 22528372)
-
sherg.azSabahın hava proqnozu açıqlanıb ( 22374370)
-
demokrat.azSabahın hava proqnozu açıqlandı ( 22333477)
-
day.azSabah hava necə olacaq? ( 22289065)
-
afn.azSabah hava yağmursuz olacaq ( 22287517)
-
yeniavaz.comŞənbə günü hava necə olacaq? ( 22254772)
-
bakivaxti.azŞənbə gününün HAVASI ( 22253491)
-
milli.azSabah Bakıda 26, bölgələrdə isə 28 dərəcə isti olacaq ( 22172356)