AZ

“Qırmızı”da keçib qəza törədərək 2 nəfərin ölümünə səbəb olan avtobus sürücünə cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Əkbər Mehdiyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


İttihama görə, hadisə 29 oktyabr 2024-cü il tarixində paytaxtın Binəqədi qəsəbəsi ərazisində baş verib.


Belə ki, "Çinar Trans" MMC-nin istismarında olan 133 saylı xətt üzrə hərəkət edən və Əkbər Mehdiyevin idarə etdiyi “Karsan” markalı avtobus Binəqədi şosesi ilə Zəngəzur küçəsinin kəsişməsində işıqforun qırmızı işığında hərəkətini davam etdirib.


Nəticədə avtobus yaşıl işıqla öz yoluna davam edən “Opel Corsa” markalı avtomobilə çırpılıb. İdarəetmədən çıxan avtomobilin hərəkətdə olan “Changan” və “Hyundai Santa Fe” markalı avtomobillərə çırpılması nəticəsində zəncirvari qəza baş verib.


“Opel Corsa”nın sürücüsü Azər Mirzəxan oğlu Əyyubov və sərnişini Cavid Mahir oğlu Məmmədov qəza yerində həlak olub. “Changan”ın sürücüsü Babək Orucov isə xəstəxanaya yerləşdirilib.


Kamal Məmmədov 

Tarix: 20 Oktyabr 2025, 08:46   
Seçilən
72
pravda.az

1Mənbələr