AZ

Pulkovo hava limanına məcburi eniş edən AZAL təyyarəsinin görüntüləri - VİDEO/FOTO

Xəbər veridiyimiz kimi, Uçuş təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinə məxsus "Airbus A320" təyyarəsinin kapitanı Sankt-Peterburq–Bakı marşrutu üzrə J2-020 nömrəli reysi yerinə yetirərkən texniki səbəbdən (şassidə nasazlıq) geri qayıdaraq Pulkovo Hava Limanına eniş etməyə qərar verib.

News24.az xəbər verir ki, təyyarə Bakı vaxtı ilə saat 04:43-də Pulkovo Hava Limanına uğurla enib. Eniş zamanı hava gəmisi uçuş-enmə zolağından cüzi kənara çıxıb.

Göyərtədə olan 155 sərnişin operativ şəkildə təxliyə olunub. Xəsarət alan yoxdur.

Pulkovo Hava Limanına eniş edən AZAL təyyarəsinin görüntülərini təqdim edirik: 



Seçilən
92
50
news24.az

10Mənbələr