Zaqatala rayonunda avtomobil qəzası olub, xəsarət alanlar var.
Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə Zaqatala şəhəri ərazisində qeyd alınıb.
Belə ki, 30 yaşlı Rəsul Corovun idarə etdiyi "Opel" və 45 yaşlı Vüsal İsayevin idarə etdiyi "VAZ-21099" markalı avtomobillərin toqquşması nəticəsində hər iki sürücü, həmçinin "VAZ"da olan 4 yaşlı uşaq xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
 
                        