“Təyyarə hava limanının hasarından keçərək uçuş-enmə zolağından kənarda aeroportun təhlükəsizlik xidməti maşını ilə toqquşub və nəticədə avtomobil dənizə düşüb. Avtomobildə olan 30 və 41 yaşlı iki təhlükəsizlik əməkdaşı həlak olub”,- BBC telekanalının yayadığı xəbərdə deyilir.
Qəzadan sonra hava limanının şimal uçuş-enmə zolağı bağlanıb, lakin cənub və mərkəzi uçuş-enmə zolaqları işləməkdə davam edir.

Dənizə çırpılan təyyarənin gövdəsi yarıya bölünüb. Yaşı 30-dan çox olan “Boeing 747” sərnişin təyyarəsi yük daşıyan təyyarəyə çevrilmişdi. Təyyarədə olan dörd ekipaj üzvünün hamısı xilas edilərək xəstəxanaya çatdırılıb. “Emirates” aviaşirkətinin BBC telekanalına verdiyi məlumatda ekipaj üzvlərinin “təhlükəsiz” vəziyyətdə olduğu, təyyarədə isə heç bir yükün olmadığı bildirilir.