Ajans.az xəbər verir ki, hadisə şəhər ərazisində baş verib. Belə ki, 2000-ci il təvəllüdlü A. Hüseynov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib və dərhal əməliyyat edilib. Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində A.Hüseynova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 25 yaşlı, Daşkəsən rayon sakini Sənan Bağırov saxlanılaraq istintaqa təhvil verilib. Araşdırmalar davam etdirilir.