Gəncə şəhərində toy mərasimində qonağı bıçaqlayan şəxs saxlanılıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində A.Hüseynova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 25 yaşlı, Daşkəsən rayon sakini Sənan Bağırov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
*** 08:17
Gəncədə bıçaqlanma hadisəsi qeydə alınıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, 2000-ci il təvəllüdlü Arzu Hüseynov bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
İlkin məlumata əsasən, hadisə şəhərdə keçirilən toy mərasimlərindən birində baş verib.