AZ

AMB bu həftə uçot dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayacaq

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) faiz dəhlizinin parametrləri iləbağlı növbəti qərar barədə məlumatı 2025-ci il oktyabrın 22-dəictimaiyyətə açıqlayacaq.

Bu barədə Trend AMB-yə istinadən xəbər verir.

Bildirilib ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbətiqərarlar faktiki və proqnozlaşdırılan inflyasiya, xarici və daxilirisk amillərinin dinamikasından asılı olaraq veriləcək.

"Mərkəzi Bank bundan sonra da qiymət sabitliyini təmin etməküçün sərəncamındakı bütün vasitələrdən istifadə etməyə davamedəcək", - məlumatda vurğulanıb.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı sonuncu dəfə iyul ayının23-də son bir ildə ilk dəfə olaraq uçot dərəcəsini 7,25%-dən 7%-əendirib. Sentyabrın 10-da isə tənzimləyici qurum uçot dərəcəsinisabit saxlayıb.

Seçilən
22
1
az.trend.az

2Mənbələr