Baş nazirin istefasını tələb edən 55 deputat onun ədliyyə və daxili işlər nazirini parlamentə təqdim etmədən təyin etməsini konstitusiya pozuntusu kimi qiymətləndirib. Bundan əlavə, bəzi deputatlar hökumətin 2026-cı il üçün təqdim etdiyi büdcə layihəsindən narazı qalıblar.
17 oktyabrda keçirilən plenar iclasda 111 deputatdan 71-i baş nazirin vəzifədən kənarlaşdırılmasına səs verib. Elə həmin axşam bir qrup deputat qərarın konstitusiyaya zidd olduğunu bildirərək Konstitusiya Məhkəməsinə müraciət edib və məhkəmə iddianı icraata qəbul edib.
Qombojav Zandanshatar 2025-ci il iyulun 17-də hökumət başçısı vəzifəsinə təyin olunub. Onun rəhbərliyi dövründə dövlət şirkətlərinin və məmurların sayının azaldılması, həmçinin ilk dəfə ölkə büdcəsinin ictimai müzakirəyə çıxarılması kimi islahatlar həyata keçirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31