Reyting.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Hollivud ulduzu, kinoaktyor Leonardo Di Kaprioya məxsus "Appian Way" studiyası Amerikaya köçəndən sonra məşhurlaşan, ötən əsrin 20-30-cu illərindən Hollivud ulduzuna çevrilən aktyor Bela Luqoşinin həyatından bəhs edən bioqrafik film istehsal edəcək. Reyting.az xəbər verir ki, Hollivudun "Qızıl dövrü"nün qəhrəmanı sayılan Bela Luqoşinin həyatından bəhs edən ekran əsərinin ssenarisini Larri Karaşevski və Skott Aleksander yazıblar. Müqaviləyə əsasən, bu filmin yayımını "Universal" kino şirkəti həyata keçirəcək. Lentə alınacaq filmdə macar əsilli aktyorun gənclik illəri, ABŞ-a miqrasiyası və 1920-ci illərdə baş rolda oynadığı "Drakula" adlı ekran əsəri ilə qazandığı şöhrətdən bəhs olunur. Yeni filmdə ulduz aktyorun kinoda uğursuzluğa düçar olmasından və dəvət aldığı "Frankenşteynin canavarı" adlı filmdə onun üçün nəzərdə tutulmuş baş roldan imtina etdikdən sonra sürətlə karyerasının enişi, həmçinin Hollivudun kino ulduzunun keçirdiyi sarsıntılar da təsvir olunacaq.Oqtay QORÇU
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.