AZ

Almaniya ABŞ-dən əlavə F-35 qırıcıları alacaq

BAKI, 20 oktyabr. TELEQRAF

Almaniya hökuməti ABŞ-dən əlavə 15 ədəd F-35 tipli qırıcı təyyarə almağı planlaşdırır. Sazişin dəyəri təxminən 2,5 milyard avro olacaq.

Teleqraf xəbər verir ki, bu barədə Almaniyanın "Der Spiegel" jurnalı hökumət sənədlərinə istinadən məlumat yayıb.

Biildirilir ki, hazırda Almaniya Hərbi Hava Qüvvələrinin arsenalında 35 ədəd F-35 qırıcısı var.

Donanmanın genişləndirilməsi Berlinin NATO-nun Hərbi Hava Qüvvələrinə dair yeni tələblərinə uyğunlaşması üçün vacibdir.

Seçilən
115
2
teleqraf.com

3Mənbələr