20 yaşadək futbolçular arasında dünya çempionatının qalibi müəyyənləşib.
Msport.az xəbər verir ki, Çilidə keçirilən mundialın finalında Mərakeş və Argentina yığmaları qarşılaşıblar. Matç şimali afrikalıların qalibiyyəti ilə yekunlaşıb – 2:0. Portuqaliya “Famalkao”sunun futbolçusu Yassir Zabiri 12 və 29-cu dəqiqələrdə vurduğu qollar Mərakeşə qələbə gətirib.
Afrika təmsilçisi tarixində ilk dəfə mundialın qalibi olub.
Qeyd edək ki, 2027-ci ildə keçiriləcək növbəti U-20 dünya çempionatına Azərbaycan və Özbəkistan ev sahibliyi edəcək.