AZ

“Mənim Dənizlərim, Mənim Okeanlarım” sərgisi ilk dəfə Heydər Əliyev Mərkəzində (VİDEO)

Bakı. Trend:

Oktyabrın 31-də Heydər Əliyev Mərkəzində su ehtiyatlarınınqorunması çağırışı ilə “Mənim Dənizlərim, Mənim Okeanlarım”(“My Seas, My Oceans”) sərgisinin açılışıolacaq.

Trend xəbər verir ki, sərgiiqlim dəyişikliyi, qlobal istiləşmə və həssas ekosistemlər dövründəplanetimizin ən həyati ehtiyatlarından biri – su mənbələrininqorunmasının vacibliyini vurğulamaq məqsədi daşıyır.

Heydər Əliyev Fondu və IDEA (Ətraf Mühitin Mühafizəsi NaminəBeynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü ilə təşkil edilənekspozisiya “Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyimizi İNDİDuy” (“Fly to Baku. Art Weekend. Sense the Future NOW”)layihəsi çərçivəsində nümayiş olunacaq.

2022-ci ildə Cenevrədəki debütü ilə su ekosistemininmühafizəsinə dair qlobal dialoqun əsasını qoyan layihə Bakıda ilkdəfədir təşkil edilir. Sərgidə müasir rəssamların çirklənmə vəhəddindən artıq balıq ovundan tutmuş bioloji müxtəlifliyinitirilməsinə qədər bir sıra qlobal problemləri əks etdirən əsərləritəqdim ediləcək. Həmin əsərlərdə su həyatın, yenilənmənin vətəsəvvürün mənbəyi kimi təsvir olunur.

Rəssam və heykəltaraşlar, multimedia və çoxsahəli sənətçilər su,iqlim dəyişikliyi, davamlılıq və dəniz biomüxtəlifliyi mövzularınamüraciət edərək bədii işləri vasitəsilə dənizlərimizin,okeanlarımızın və ortaq gələcəyimizin qorunmasına çağırışedirlər.

Sərgi BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə - “Təmiz su vəsanitariya”, “Məsuliyyətli istehlak”, “İqlim dəyişməsi iləmübarizə” və “Su altında həyat” hədəflərinə uyğunluğu iləfərqlənir. “Mənim Dənizlərim, Mənim Okeanlarım” göstərir ki, sənəttəkcə reallığı əks etdirmir, həm də gələcək nəsillər üçün dəniz vəokeanların təmizliyini təmin etməyə qadirdir.

Yer kürəsinin 70 faizindən çoxunu təşkil edən su ehtiyatları,dəniz və okeanların ekoloji sistemi getdikcə daha çox mənfi təsirəməruz qalır. Sərgi isə incəsənət vasitəsilə həmin təsirlərinazaldılması və qarşısının alınması, ümumiyyətlə qlobal məsələlərədiqqətin artırılması ismarıcını dünyaya ötürür.

Seçilən
21
4
az.trend.az

5Mənbələr